Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Neftçi"də yeni TƏYİNAT

Baxılıb: 630     Tarix: 28-09-2023 11:08   

"Neftçi"nin yeni mətbuat katibi açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu vəzifəyə Emin Əfəndi təyin edilib.
Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edən Emin Əfəndi 2014-cü ildə justfootball.com saytının və internet üzərində yayımlanan "justfootball" ilk futbol verilişinin layihə rəhbəri kimi çalışıb. 2022-ci ildə "Radio Enerji"də yayımlanan "Səhərin Şərhi" verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.
Hazırda xalq artisti Miri Yusifin prodüseri və bu ildən "ASAN Radio"nun dəstəyi ilə "Danışır Əfəndi" həftəlik verilişinin layihə rəhbəridir.
Qeyd edək ki, iki gün əvvəl "Neftçi"nin yeni strukturu təsdiqlənib. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar