Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Roberto Karlos həmin iddialara cavab verdi

Baxılıb: 8916     Tarix: 20-08-2026 09:59   

Braziliya futbolunun əfsanəsi Roberto Karlos son günlər sosial mediada yayılan “İslamı qəbul edib” iddialarını təkzib edib.

Qanunvehedef.az xəbər verir ki, “Real Madrid” və Braziliya millisinin keçmiş futbolçusu İslama və müsəlmanlara böyük hörmət bəslədiyini, lakin özü müsəlman olmadığını bildirib.

Roberto Karlos Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə açıqlamasında həyat yoldaşının müsəlman olduğunu və onun ibadətinə hörmətlə yanaşdığını deyib.

“Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur, amma İslamı qəbul etdiyimlə bağlı şayiələr doğru deyil”, – deyə futbolçu bildirib.



Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}