"Keçidlərdən uşaq arabası ilə keçmək mümkün deyil"-ŞİKAYƏT
Baxılıb: 916 Tarix: 24-10-2019 12:42
Bununla bağlı Qanunvehedef.az saytına şikayət daxil olub. Belə ki, Nərmin Ramazanova adlı şəxs şikayət edərək bildirib ki, uşaq arabası ilə keçiddən keçərkən problem yaşayır:
" Şəhərin mərkəzində, Qış parkından Mərkəzi Univermaq istiqamətinə keçən ərazidəki keçiddən istifadə etmək istədim. Lakin keçiddə uşaq arabasının bir təkəri üçün yer qoyublar, o biri təkəri üçün əl tutacaqları yerləşdiriblər. 13 kq uşaq arabası və yaş yarımlıq körpə ilə mən o qədər pilləkəni necə qalxım? Günorta saatları olduğuna görə kömək edəcək heç kim də yox idi. Bu necə bir layihədir axı? Əksər keçidlər belə vəziyyətdədir".
Sözügedən şikayətlə bağlı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli açıqlama verib. O, bildirib ki, belə hallar adətən köhnə keçidlərdə aşkar olunur:
"Hazırda tikilən bütün yerüstü keçidlərdə ekskavatorlar , lift və avtomatik panduslar yaradılır. Köhnə tikililərdə də innavatorlar quraşdırılır".
Ən çox oxunanlar
Son xəbərlər