Xəbər lenti
03/08/2026 [10:44]
Ceki Çan Bakıya gəldi
03/08/2026 [08:39]
Bu 5 yolda sıxlıq var
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Binəqədidə yol polisi xidmət yerindən kənarda xidmət aparıb? - RƏSMİ AÇIQLAMA

Baxılıb: 970     Tarix: 27-01-2020 11:21   

Bakı şəhəri, Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar araşdırılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşayiət olunan “Mercedes” markalı avtomobilə Binəqədi Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) əməkdaşları “saxla” işarəsi veriblər. Sürücü yol polisinin qanuni tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib.
Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub.
O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq, öz vəzifələrini icra ediblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar