Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Avropa Məhkəməsi ötən il üçün Azərbaycanla bağlı statistikanı açıqlayıb

Baxılıb: 664     Tarix: 30-01-2020 12:25   

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 56 qərarqəbul edib.
“Report” xəbər verir ki, bu barədə AİHM-in “2019-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.
İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-də Azərbaycan üzrə 397 ərizəyə baxılıb, 427 ərizə qəbul olunmayıb, 56-sı üzrə qərar çıxarılıb.
2018-ci illə müqayisədə Azərbaycan üzrə AİHM-də baxılan ərizələrin sayı çoxalıb. Müqayisə üçün bildirək ki, 2018-cı ildə AİHM-də Azərbaycan üzrə 331 ərizəyəbaxılıb, onların 261-i qəbul edilməyib, 43-ü üzrə isə qərar çıxarılıb.
2019-cu ildə 108 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.
Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar