"Günay Bank" yeni kampaniyaya start verdi - “Hər kəsin kartı olsun”
"Günay Bank" bir çoxlarının heyrət edəcəyi “Hər kəsin kartı olsun” kampaniyasına start verdi.
"Günay Bank" vətəndaşlarımızın müraciət və təkliflərini nəzərə alaraq, bahar öncəsi inanılmaz bir kampaniyaya start vermişdir. Kampaniyanın şərtlərinə görə nağdsız əməliyyatlardan mütəmadi istifadə etmək niyyətində olan şəxslər Bankdan 3 növ - MasterCard Standard, MasterCard Gold və MasterCard Platinum ödəniş kartlarını hədiyyə alacaqlar.
Nəzərinizə çatdırırıq ki, qeyd olunan kartlar müraciət edən vətəndaşlarımızın istəklərinə, əməliyyatlardan istifadə etmə tələblərinə və bank tərəfindən təklif olunan münasib şərtlərə əsasən pulsuz təqdim olunacaqdır.
Belə ki, müraciət edən istənilən şəxs ona təqdim olunmuş ödəniş kartına, həmin kartın əməliyyat dəyərinə və ekvivalentinə görə cədvəldə müəyyən olunmuş məbləği əlavə edərək onu hədiyyə qazanmış olur:
kartın növü | 1 illik | 2 illik | 3 illik |
MasterCard S t a n d a r d | 100 AZN/USD/EUR | 200 AZN/USD/EUR | 300 AZN/USD/EUR |
MasterCard G o l d | 200 AZN/USD/EUR | 400 AZN/USD/EUR | 600 AZN/USD/EUR |
MasterCard P l a t i n u m | 300 AZN/USD/EUR | 600 AZN/USD/EUR | 900 AZN/USD/EUR |
Kampaniya ilə bağlı maraqlanmaq istəyənlər 1546 saylı nömrəyə zəng edərək Bankın Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər.