Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

FES-in qərarı dolları ucuzlaşdıracaq? – Ekspert

Baxılıb: 737     Tarix: 16-03-2020 15:01   
 

Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini aşağı endirməsi dünyada iqtisadi aktivliyin kəskin azalması ilə əlaqədardır. Əsas məqsəd isə dünya iqtisadiyyatında aktivliyin yenidən yüksəlməsini təmin etməkdir.
Bu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini 16 martdan etibarən 0-0,25%-ə endirməsini şərh edərkən deyib.
O bildirib ki, verilən proqnozlara görə, mövcud vəziyyət ilin sonlarına qədər davam edə bilər:
“FES-in qərarının ardınca digər ölkələrin bankları da oxşar addım atdı. Artıq Yaponiya, Avstraliya, Kanada və Avropa Birliyi ölkələrində faiz dərəcəsi 0-dır. Ölkə bankları faiz dərəcələrini endirməkdə bazarlara əlavə dəstək verməyə çalışır. Bu proses paralel getdiyi üçün ABŞ dollarına ciddi bir təsiri olmadı. Əslində, dollar ucuzlaşmalı idi, lakin bu, baş vermədi. Hətta dollar yenə etibarlı valyuta statusunu qorudu. Bu gün səhərdən etibarən isə dünya birjalarda dolların artımı müşahidə olunur”.
Ekspert bildirib ki, FES-in qərarının Azərbaycana təsiri olmayacaq:
“Çünki Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Yəni bizdə bu mexanizm olduğu üçün FES-in qərarının təsirləri də yox səviyyəsindədir. Bu baxımdan deyə bilərəm ki, FES-in qərarı Azərbaycan manatına təsir etməyəcək. Hazırda Azərbaycan manatına təsir edən ən önəmli faktor dünya bazarlarında neftin qiymətidir”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar