7 minə avtobuslar satılır – Hərrac

Baxılıb: 955     Tarix: 05-06-2018 11:30   
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət balansında olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-nin avtobuslarını satışa çıxarıb.
Qanunvehedef.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 27 iyun tarixində hərrac təşkil edəcək. Xətdən yığışdırılan avtobuslar bununla artıq 5-ci dəfə, 50 faiz endirimlə auksiondadır.
Satışa ümumilikdə 35 sərnişin marşrutu çıxarılıb ki, onlardan 10 ədədi “Man Lion S Classik A-74”, 25 ədədi isə “Daevoo BC212MA” markalı avtobuslardır.
2008-ci ilin “Man Lion Classik A-74” sərnişin avtobusları üçün müəyyən edilən ilkin start qiyməti 12.973 manatdan başlayır.
2008-2009-cu ilin “Daevoo BC212MA” markalı avtobusları isə 6.858 və 7.845 manata hərraca təqdim edilib.шаблоны для dle 11.2