Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Neft Fondu aktivlərini satıb büdcəyə yönəldib”

Baxılıb: 961     Tarix: 05-04-2020 13:20   

“Dövlət Neft Fondundan (DNF) büdcəyə köçürülən vəsaitin 31,66 faizini Fondun aktivlərinin satışından əldə edilən gəlirlər təşkil edib”.
Bu  açıqlamanı tanınmış iqtisadçı Qubad İbadoğlu Maliyyə Nazirliyinin birinci rübün nəticələri ilə bağlı təqdim etdiyi göstəriciləri şərh edərkən bildirib.
Xatırladaq ki, Nazirliyin açıqlamasına görə, bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 810,9 milyon manat, xərcləri 5 254,8 milyon manat olub. Birinci rübdə dövlət büdcəsinin mədaxilinin 32,5 faizi və yaxud 2 536,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.
Q. İbadoğlunun sözlərinə görə, Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 631 milyon manat vəsait transfert edilib ki, bu da mədaxilin 59,3 faizini təşkil edib: “Dövr ərzində DNF-dən dövlət büdcəsinə transfer proqnoza nisbətən 1 793,5 milyon manat və ya 1,6 dəfə çox olub. DNF-dən büdcəyə köçürülən vəsaitin 61,34 faizini Fondun I rüb üzrə cari gəlirləri, 31,66 faizini isə Fondun aktivlərinin satışından əldə edilən gəlirlər təşkil edib”.
Ekspert vurğulayıb ki, əslində hələ böhran başlamış Fondun aktivlərinin satışa çıxarılması ciddi narahatlıq doğurur. Dövlət büdcəsinin xərclərinə gəlincə, Qubad İbadoğlu onun 48 faizi və ya 2 519,8 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldiliyini qeyd edib: “Bu ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 3 919,9 milyon manatı və ya 74,6 faizi cari xərclərə, 930,3 milyon manatı və ya 17,7 faizi əsaslı xərclərə, 404,6 milyon manatı və ya 7,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Aprel ayının 1-ə dövlət büdcəsində 2 556,1 milyon manat profisit yaranıb. Dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması əsasən dövlət büdcəsinə DNF-dən proqnozdan artıq 1 793,5 milyon manat vəsaitin köçürülməsi hesabına olub”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar