Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Neft heç vaxt 10 dollar olmayacaq - Ağalarov

Baxılıb: 833     Tarix: 07-04-2020 14:57   

Neftin dəyərinin 10 dollara qədər ucuzlaşması mümkün deyil.
Qanunvehedef.az xəbər verir ki, bunu “Krokus” şirkətinin sahibi Araz Ağalarov “Komsomolskiy Pravda”ya açıqlamasında dyeib.
“Neftin qiyməti hər zaman qızıl ətrafında dönür. Çox uzun illər əvvəl neftin qiyməti 1 dollar olanda qızılın da qramı 1 dollara idi. Ona görə də aydındır ki, hazırda neftin orta illik qiyməti qızılın qramının dəyəri ətrafında dönəcək. Ərəb ölkələrini götürək. Dollarlar, dinarlar onlar üçün şərtidir. Onların bütün zənginliyi qızılda saxlanılır.
Qızılın qramı 50 dollar ətrafında dövrə vurur. Ona görə də neftin orta illik qiyməti də 50 dollar olmalıdır”. – deyə o bildirib.
Ağalarov həmçinin neftin heç vaxt əvvəlki kimi yüksək qiymətlərə qayıtmayacağını, bunun alternativ enerji ilə bağlı olduğunu söyləyib.

Qanunvehedef.az шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar