Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

AZƏRBAYCAN HASİLATI REKORD HƏCMDƏ AZALDIR - OPEC+ danışıqlarının detalları məlum oldu

Baxılıb: 813     Tarix: 10-04-2020 10:15   

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında ötən gün axşam başlayan və bütün gecəni davam edən danışıqlarının yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” layihəsi razılaşdırılıb. Amma Meksikanın hasilatı təklif olunan həcmdə azaltmaq istəməməsi üzündən layihə hələlik qəbul edilməyib və danışıqlarda fasilə yaranıb.
Azərbaycanın Energetika Nazirliyindən danışıqların yekununa dair yayılan açıqlamada deyilir ki, yeni ”Əməkdaşlıq Bəyannaməsi” gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutur. Lakin Meksika ”Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq bu mərhələlər üzrə müvafiq olaraq 400-320-240 min barel həcmlərində müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb. Meksika istisna olmaqla digər “OPEC +” ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar