Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Kapital Bank növbəti xeyriyyə aksiyasına dəstək göstərdi

Baxılıb: 1 231     Tarix: 27-04-2020 11:58   

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, mütəmadi şəkildə müxtəlif aksiyaları keçirir. Hazırki xüsusi karantin rejimini dövründə də belə aksiyalar təşkil edilir. Bank bu dəfə “Beat Group” şirkətinin keçirdiyi xeyriyyə aksiyasına dəstək göstərib.
Qanunvehedef.az xəbər verir ki, şirkət, pandemiya zamanı yığılan ianələr hesabına “Beat Group”a daxil olan restoranlar şəbəkəsində müxtəlif yeməklər hazırlayaraq, hər gün aztəminatlı ailələrə yardım formasında könüllülər tərəfindən çatdırırlar. Kapital Bank bu layihəyə dəstək verməklə, ianələrin yığılması üçün “Beat Group” tərəfindən açılan bank hesabları haqqını, həmçinin elektron POS terminallar üzrə qəbul olunan komissiyaları 0 AZN olaraq müəyyən edib.
Qeyd edək ki, xeyriyyə təşəbbüsünə qoşulmaq istəyənlər www.evdeq.al saytındakı anketi doldurmaqla həmin təşəbbüsü dəstəkləyə bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar