Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Kapital Bank”dan sahibkarlara təklif

Baxılıb: 1 017     Tarix: 16-12-2020 11:55   
"Kapital Bank" xalqımızın Vətən müharibəsində Qələbə qazanması münasibətilə yeni “Zəfər Kampaniyası”nı təqdim edir.
Qanunvehedef.az xəbər verir ki, bu yenilikdən hələ də "Kapital Bank"ın əməkhaqqı layihəsinə qoşulmayan kiçik və orta sahibkarlar yararlana bilər.
Şərtlərə görə, Müştəri Bank sistemi vasitəsilə əməkhaqqı layihələrinə qoşulan müştərilərə əməkhaqqı kartları üzrə mədaxil komissiyasına 25 faiz endirim təqdim edilir, əməkhaqqı kartları isə pulsuz verilir. “Zəfər Kampaniyası” martın 1-dək davam edəcək. Lakin əməkhaqqı kartlarına köçürmə zamanı tətbiq edilən endirim kampaniya müddətində layihəyə qoşulan müştərilər üçün sonrakı dövrdə də davam edəcək.
"Kapital Bank"ın əməkhaqqı layihəsinə qoşulmağın bir sıra üstünlükləri var: əməkhaqqı layihəsinə qoşulma tam olaraq məsafədən, banka gəlmədən həyata keçirilir və hər hansı bir ödəniş tələb olunmur; əməkhaqqı kartlarına mədaxil banka gəlmədən, onlayn şəkildə həyata keçirilir; "Kapital Bank"da hesabı olmayan müştərilər cari hesabı onlayn şəkildə və tam pulsuz olaraq aça bilərlər; hər bir müştəri fərdi menecerlə təmin edilir və sair.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və sair.
Müştəri Bank sisteminə qoşulmaq üçün “https://cb.kapitalbank.az/login” linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25 faizədək güzəşt əldə etmək mümkündür.шаблоны для dle 11.2



Ən çox oxunanlar