Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Bank BTB” aztəminatlı əhali qrupları üçün yeni pulsuz xidmət paketini təqdim edir

Baxılıb: 765     Tarix: 21-12-2020 11:27   

“Bank BTB” hər zaman əhalinin sosial rifahını yaxşılaşdırmaq, məşğulluğu artırmaq, yoxsulluğu azaltmaq məqsədilə keçirilən müxtəlif layihələrdə aktiv iştirak edir.
Belə ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində “Bank BTB” öz növbəsində aşağı gəlirli əhali qrupu üçün “Baza bank xidmətləri paketi”ni təqdim edir. Paketə daxil olan pulsuz xidmətlər siyahısını nəzərinizə çatdırırıq:
- Milli vayutada cari hesabın açılması;
- Pulsuz debet kartı;
- Pulsuz İnternet Banking ve Mobile Banking xidmətləri;
- Bir təqvim ayı ərzində yaşayış minimumu həcmində vəsaitin “Bank BTB”nin bankomatlarında/POS terminallarında nağdlaşdırılması və ölkədaxili köçürmə əməliyyatlarının aparılması;
- Elektron poçt üzrə məlumatlandırma sisteminə pulsuz qoşulma;
- Cari hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın pulsuz təqdim edilməsi.
Qeyd edək ki, “Baza bank xidmətləri paketi” ndən istifadə aşağı gəlirli əhali qrupunun rəqəmsal maliyyə xidmətlərinə çıxışını genişləndirərək zəruri bank əməliyyatlarını daha əlçatan edir və hazırkı pandemiya şəraitində sağlamlığı qorumaq məqsədilə insanlarla daha az ünsiyyətdə olmağı təmin edir.
“Baza bank xidmətləri paketi” və ya digər məhsul və xidmətlərdən yararlanmaq istəyən şəxslər “Bank BTB”nin onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də, 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər.
Bundan əlavə, məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat almaq mümkündür.шаблоны для dle 11.2



Ən çox oxunanlar