Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Məmmədovların 13 milyonluq şirkəti bağlandı: Səbəb nədir?

Baxılıb: 662     Tarix: 11-02-2021 23:57   

Krosvey MMC ləğv olunduğunu elan edib.
Qanunvehedef.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına (BEGOC Biznes Mərkəzi) bildirə bilərlər.
Xatırladaq ki, "Krosvey" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,614 milyon manat, qanuni təmsilçisi isə Cümşüd Nuru oğlu Bağırovdur. O, vaxtilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin də rəhbərliyində təmsil olunub.
“Azpolitika.info” isə “Krosvey” şirkətinin əslində 2004-cü il martın 1-də yaradılan “Bakı XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) adının dəyişdirilməsi nəticəsində 2019-cu ildən yenidən qeydiyyatdan keçdiyini yazıb. Bu barədə həmin vaxt verilən məlumatda şirkətin yenidən təşkil olunaraq "Krosvey" MMC-yə çevrildiyi elan edilmişdi.
Təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD şirkəti göstərilən “Bakı XXI əsr” MMC-nin qanuni təmsilçisi İsmayıl Əliyev olsa da, sahibi sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat, AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri vəzifəsini tutan Elton Məmmədovdur.
Elton Məmmədovun özü də mətbuata müsahibələrinində şirkətin təsisçisi olduğunu etiraf edib.
Şirkət 2005-2009-cu illərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirib.
Mətbuatda yayılan məlumatlara görə, Bakı Avtovağzal Kompleksi 80-100 milyon dollara başa gətirilib.
Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” oteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxildir. Kompleksin idarə edilməsi də son illərə qədər Elton Məmmədova aid “Bakı XXI əsr” MMC tərəfindən həyata keçirilib.
2017-ci ildə Kompleksin Elton Məmmədovdan alındığı xəbəri yayılsa da, sabiq deputat bunu təkzib etmişdi.
“Mən də sizə sual verirəm, kimsə sizin özəl mülkiyyətinizi əlinizdən ala bilər? Deməli, bu məsələni qaldırmağın özü yersizdir”, - deyə, məlumatlara Məmmədov qəzəbli reaksiya vermişdi.
“Krosvey” MMC-nin direktoru vəzifəsinə təyin edilən Cümşüd Bağırov sərnişin daşınması ilə məşğul olan “Azerbaijan Ground Services” şirkətinə rəhbərlik edib.
Ötən ilin fevralında isə “Bakı XXI əsr” MMC-nin qnuni təmsilçisinin də dəyişdiyi, İsmayıl Əliyevin yerinə Səidə Əflatun qızı Baxşıyevanın təyin edildiyi haqda məlumat yayıldı. Bunu isə məlumatlı mənbələr Beynəlxalq Avtovağzal Kompleksinin Elton Məmmədovun nəzarətindən tam olaraq çıxarılmasına başlanılması ilə izah edirdilər.
Bu gün "Krosvey" MMC-nin ləğv olunduğunun elan edilməsi prosesin başa çatdırıldığını göstərir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar