Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qarabağ Dirçəliş Fonduna vəsait köçürmə imkanı

Baxılıb: 827     Tarix: 23-02-2021 12:05   

Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanına uyğun olaraq, “Qarabağ Dirçəliş Fondu” dövlət qeydiyyatına alındıqdan sonra ianələrin köçürülməsi üçün Fondun xüsusi bank hesabları yaradılıb.
Qanunvehedef.az xəbər verir ki, bu gündən etibarən Fondun hesabına vəsait köçürülməsi yeni bank rekvizitləri vasitəsilə həyata keçiriləcək. İanələr Azərbaycan manatı və ya xarici valyutada köçürülə bilər. Vətəndaşlar Fonda köçürmələrini Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrində bu rekvizitlərlə, yaxud Bankın internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada həyata keçirə bilərlər.
Qeyd edək ki, Fond dövlət qeydiyyatına alınanadək fiziki və hüquqi şəxslərin ianələri və qrantlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi xəzinə və müvəqqəti bank hesablarında toplanırdı.
“Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Fesybuk səhifəsindən əldə etmək olar.шаблоны для dle 11.2



Ən çox oxunanlar