Neft ABŞ iqtisadiyyatındakı nikbinliyə görə bahalaşır
Baxılıb: 579 Tarix: 01-03-2021 10:47
Neftin qiyməti bazar ertəsi səhər saatlarında ABŞ-da stimullaşdırıcı paketin qəbul edilməyə doğru irəliləməsi xəbəri səbəbi ilə təqribən 1,5% artıb.
“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08:43-ə olan duruma görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 1,49% artaraq bir barel üçün 65,38 ABŞ dollarına çatıb. WTI markalı neftin aprel fyuçerlərinin dəyəri isə 1,48% artaraq 62,41 dollar/barelə çatıb.
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı ilə bağlı nikbinlik bazarın əhval-ruhiyyəsinə müsbət təsir göstərib. Belə ki, ABŞ Nümayəndələr Palatası 1,9 trilyon ABŞ dolları dəyərində stimullaşdırıcı paketi təsdiqləyib. İndi layihə Senat tərəfindən qəbul edilməli və Prezident Cozef Bayden tərəfindən imzalanmalıdır.
Koronavirus ətrafındakı vəziyyət də peyvəndləmə fonunda yaxşılaşmağa başlayıb. O cümlədən ABŞ-ın tibbi tənzimləyicisi olan FDA-nın “Johnson & Johnson”un COVID-19 peyvəndini “təcili” istifadə üçün təsdiqləməsi xəbəri də bazara müsbət təsir göstərib.
Bu həftə neft bazarı üçün əsas hadisə OPEC+ görüşü olacaq. Sövdələşmə iştiralçıları hasilatda məhdudiyyətlərinin yüngülləşdirilməsi perspektivlərini qiymətləndirirlər.
“OPEC+ toplantısı çox vacibdir. OPEC+ ölkələrinin istehsalında kiçik artım olması halında bazar asanlıqla müsbət olaraq qala bilər. Böyük artım isə qısamüddətli perspektivləri pisləşdirə bilər”, - “CMC Markets”in baş strateqi Maykl Makkarti “Bloomberg”ə bildirib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər