Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Fitch" neftin qiyməti üzrə proqnozunu yüksəldib

Baxılıb: 803     Tarix: 18-03-2021 10:26   

"Fitch Ratings" beynəlxalq agentliyi "Brent" və WTI markalı neftin qiymətləri üzrə proqnozlarını yüksəldib.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, proqnozların yaxşılaşdırılması bazarda tələbatın gözləniləndən daha güclü bərpasını və "OPEC+"ın yeni dəstəkləyici hasilat siyasətini əks etdirir.
2021-ci il üçün "Brent" markalı neftin 1 barelinin qiymət proqnozu agentlik tərəfindən 45 ABŞ dollarından 58 dollara qədər yüksəldilib. Bu, neftə tələbatın gözləniləndən daha güclü olması, 2020-ci ilin ikinci yarısında baş verən iqtisadi bərpa, pandemiya ilə bağlı son məhdudiyyətlərin kifayət qədər kiçik təsiri və OPEC+"ın yeni dəstəkləyici hasilat siyasəti ilə əlaqədardır. Təsiredici amillərə həm də Səudiyyə Ərəbistanının könüllü şəkildə hasilatın azalması da daxildir. 2022-ci il üçün isə proqnoz 50 dollardan 53 dollaradək artırılıb.
WTI markalı neftin qiyməti üzrə gözləntilərə gəldikdə, "Fitch" 2021-ci il üzrə proqnozunu 42 dollardan 55 dollaradək, 2022-ci il üzrə isə 47 dollardan 50 dollaradək yüksəldib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar