Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

UNEC-də Rəqəmsal marketinq sertifikat proqramına start verilib

Baxılıb: 1 152     Tarix: 30-03-2021 12:22   

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəqəmsal marketinq sertifikat proqramına start verilib.
Proqrama qoşulanlar peşəkar səviyyəyədək rəqəmsal marketinqə aid müasir biliklərə sahib olacaq və proqramın sonunda rəsmi təsdiqlənmiş sertifikat əldə edəcəklər.
2 ay boyunca davam edəcək 48+ saatlıq praktiki proqram beynəlxaq təcrübə əsasında "Dinlə - Öyrən - Tətbiq et" metodu ilə tərtib edilib.
Təlimdən sonra 2 ay boyunca iştirakçılara real icra prosesində mentorluq dəstəyi göstəriləcək. Proqramda rəqəmsal marketinqdə hədəfləmə, ölçmə, Google Ads, Facebook və Instagram reklamları, Re-marketinq texnikaları, Google Analytics, Axtarış Sistemləri Optimizasiyasının (SEO Search Engine Optimization) təməl bilgilərinin əks olunduğu 24-dən çox mövzu əhatə olunub. Online təlim rəqəmsal marketinq üzrə Facebook və Google tərəfindən rəsmi akkreditasiya olmuş mütəxəssis Ramil Cabbarov tərəfindən aparılacaq.
UNEC Rəqəmsal Marketinq Mərkəzinin və Karyera Mərkəzinin rəhbəri olan Ramil Cabbarov hazırda 3 qlobal və 5 yerli şirkətin rəqəmsal marketinq fəaliyyətini həyata keçirir, eləcə də bir sıra şirkət və qurumlara bu istiqamətdə konsultasiya xidməti göstərir.
Rəqəmsal medianın gücündən istifadə etmək istəyən və bu sahəyə maraq duyan hər kəs təlimə qatıla bilər.
Ətraflı məlumat: https://digimark.unec.edu.az/

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar