Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dünya bazarında neft cüzi ucuzlaşıb

Baxılıb: 687     Tarix: 05-07-2021 11:16   

OPEC+ alyansında hasilatın azaldılması müqaviləsi ilə bağlı danışıqların üçüncü mərhələsi öncəsi dünya bazarlarında neft cüzi ucuzlaşıb.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.39-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,13% ucuzlaşaraq, 1 bareli 76,07 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,12% azalaraq, 1 bareli 75,07 ABŞ dolları təşkil edib.
“OPEC+” alyansı müqavilənin gələcək taleyi ilə bağlı razılıq əldə etmək üçün üçüncü dəfə cəhd edəcək. İyulun 1-2-də keçirilmiş əvvəlki iki görüş nəticəsiz qalıb.
Mətbuata inansaq, OPEC+ nazirlərinin monitorinq komitəsi ayqustdan dekabradək aylıq hasilatı 400 min barel artırmağı və aprelin sonunadək nəzərdə tutulan müqavilənin müddətini 2022-ci ilin sonunadək uzatmağı tövsiyə edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar