Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Qarabağa tərəfdaş ölkələrdən investisiyaların cəlbində maraqlıyıq" - Mikayıl Cabbarov

Baxılıb: 274     Tarix: 27-10-2021 10:16   

"Qarabağda bərpa-quruculuq işlərinə tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıyıq".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi regionun siyasi, iqtisadi mühitinin dəyişməsinə, Qafqazda sülhün yaranmasına şərait yaradıb: "Hazırda Qarabağda bərpa-quruculuq işləri aparılır. Dünən Azərbaycan və Türkiyə prezidentlərin iştirakı ilə Füzuli Hava Limanın açılış mərasiminə şahidlik etdik, bir sıra iqtisadi infrastruktur layihələrin həyata keçirilməsinə start verildi.
O bildirib ki, Azərbaycan höküməti bölgənin dirçəlməsi, əhalinin geri qayıtması istiqamətində bir sıra işlər həyata keçirir:
"Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın siyasi-iqtisadi gücünün göstəricisi deyil, həm də regionda davamlı sülhün əsası olacaq. Qarabağın bərpa olunması böyük iqtisadi əhəmiyyət kəsb edir. Burada regional inteqrasiya imkanları mövcuddur.
Qarabağdabərpa-quruculuqişlərinə tərəfdaş ölkələdən investisiyaların cəlb olunmasında maraqlıyıq. Ölkəmiz bura böyük sərmayələr yatırır, bir sıra dövlətlərdən şirkətlərin fəaliyyəti həyata keçirilir. Bərpa işlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahibkarlarının aramızda görmək istərdik. İnanırıq ki, bu sahədə əməkdaşlığımız qarşılıqlı və faydalı olacaq".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar