Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Abşeron Biznes Parkı fəaliyyətə başladı

Baxılıb: 547     Tarix: 12-11-2021 10:09   

Abşeron Logistika Mərkəzinin yeni layihəsi olan Abşeron Biznes Parkı artıq fəaliyyətə başlayıb. Abşeron Biznes Parkı ölkədə bir yenilikdir və burada bir çox biznes sahələrinin inkişafı üçün lazım olan infrastruktur yaradılıb.
Abşeron Biznes Parkında sahibkarlara emalatxana və istehsal sahələrinin yaradılması, ərazidə birbaşa məhsulların satışının həyata keçirilməsi, eyni zamanda açıq anbar sahəsində müxtəlif kateqoriyaya məxsus yüklərin saxlanılması kimi xidmətlər təklif edilir.
Həmçinin təhlükəsiz mühitin yaradılması istiqamətində ən son texnologiyalarla təchiz edilmiş kamera nəzarəti və yanğından mühafizə üçün 24/7 formatında güvənli xidmət göstərilir.
Qeyd etmək istərdik ki, ərazinin Abşeron Tikinti Materialları Mərkəzi, Meyvəli, Sədərək və Binə ticarət mərkəzlərinə yaxın yerləşməsi, yüklərin saxlandığı ərazidə “showroom” lar yaradıla bilmə imkanı, həmçinin şəhərin sıxlığından uzaq, əlverişli yol əlaqəsi sahibkarlar üçün rahat biznes şəraitinin qurulmasını təmin edir. Bununla yanaşı, yüklərin birbaşa Abşeron yük dəmiryolu stansiyasına gəlməsi imkanı sahibkarları əlavə daşıma xərclərindən də azad edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar