Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Muğanbank daha 10 aztəminatlı şəxsə yardım göstərdi - Fotolar

Baxılıb: 420     Tarix: 13-11-2021 10:42   

Prezident İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna "Muğanbank" ASC də qoşulub.
Uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq Muğanbank sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə əvəzsiz olaraq vəsaitlərin və avadanlıqların verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Dəstək almış 10 sahibkar sırasında təkər təmiri sexi, çatdırılma xidməti, avtoelektrik, dizayner və digər fəaliyyət istiqamətləri ilə məşğul olan vətəndaşlar yer alıb. Bununla da, "Muğanbank" ASC tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılıb.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 23 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan "Belt and Road Bankers Roundtable Mechanism" (BRBR - "Bir Kəmər-Bir Yol" Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına keçid ala bilərsiniz.

  Qanunvehedef.azшаблоны для dle 11.2