Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Muğanbank pulsuz uşaq kartı təqdim edir

Baxılıb: 556     Tarix: 18-11-2021 12:09   

Muğanbank yeni Mugan Junior adlı kartı istifadəyə verdi. Hər bir şeyin sürətlə rəqəmsallaşdığı və dəyişdiyi bir dövrdə smartlaşan insanlar, ən əsası da gənclər və yeniyetmələr yeni tələb formalaşdırır. Muğanbankın əsas məqsədlərindən biri korporativ sosial siyasəti çərçivəsində cəmiyyətə faydalı olmaq və eyni zamanda nağdsız əməliyyatların artmasıdır. Bu səbəbdən Mugan Junior kartları PULSUZ olaraq təqdim olunur. Bundan əlavə, Mugan Junior kartı yeniyetmələrə müstəqillik nümayiş etdirməyə, maliyyə savadlılığının əsaslarını və pulla səmərəli davranmağı öyrənməyə kömək edəcəkdir.
Mugan Junior yetkinlik yaşına çatmış şəxsin (sifarişçinin) bank hesabına əlavə kart kimi buraxılır və kart ilə aparılan bütün əməliyyatlar sifarişçinin bank hesabı üzrə həyata keçirilir. Kartı valideynin və uşağın şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni təqdim etməklə bankımızın istənilən filiallarına yaxınlaşaraq əldə etmək mümkündür. Kartlar müasir üslübda iki fərqli dizaynda hazırlanıb və üzərində uşaqların adı qeyd olunacaqdır.
Mugan Junior  kartından online/offline alış-veriş məkanlarında istifadə etmək  mümkündür. Lakin, təhlükəsizlik məqsədilə bank tərəfindən müəyyən ödənişlərə və limitlərə məhdudiyyətlər edilmişdir.
Uşaqlarda yığım, qənaət, xərc və gəlirləri düzgün idarə etmək istiqamətində təbliğat aparmaq, onları bu istiqamətdə həvəsləndirmək məqsədilə qalıq məbləğin üzərinə illik 5%-dək gəlir hesablanır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar