Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

AccessBank-da Riteyl Bankirlər Məktəbi başlayır

Baxılıb: 410     Tarix: 23-11-2021 16:00   

AccessBank iş təcrübəsi olmayan və bankçılıq üzrə karyerasını qurmaq istəyən universitet məzunları üçün “Retail Bankers School” (Retail Bankirlər Məktəbi) layihəsinə start verir.
Layihənin əsas məqsədi gəncləri bankçılığa cəlb etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir.
Layihə iştirakçıları üç ay ərzində bankçılıq üzrə nəzəri və praktik biliklər əldə edəcək, müxtəlif təlim və seminarlarda, Baş ofis və filiallarda təcrübə keçəcəklər. Təcrübə müddəti ərzində fərqlənən iştirakçılar layihə sonunda yerli Avropa Bankının komandasının rəsmi üzvü olmaq şansı da qazanacaqlar.
Layihəyə qatılmaq üçün tələblər:
-İqtisadiyyat və ya müvafiq sahələrdə Bakalavr səviyyəsi üzrə yeni məzunlar;
-Dil bilikləri: azərbaycan dili – səlis, xarici dil (ingilis/rus) alqışlanır;
-Yüksək ünsiyyətqurma bacarığı;
-Aktivlik və operativlik;
-Təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Riteyl Bankirlər Məktəbi layihəsində iştirak etmək istəyən namizədlər 30.11.2021-ci il tarixinədək linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər:
https://bit.ly/3DZY7vf
Hər kəsə uğurlar!

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar