Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABB Ağdamda ağacəkmə aksiyası keçirdi!

Baxılıb: 630     Tarix: 07-12-2021 12:01   

ABB Ağdamda ağacəkmə aksiyası keçirib. Aksiyada Bankın 150-dən çox əməkdaşı iştirak edib. Tədbirdən əvvəl Ağdamdakı Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərimizin xatirəsi anılıb. Daha sonra ABB əməkdaşları yenidən qurulacaq Ağdam şəhərinin baş planına uyğun olaraq yaşıllıq zonası üçün nəzərdə  tutulmuş ərazidə ağaclar əkiblər. Ardınca Ağdam məscidinə və Şahbulaq qalasına ekskursiya olub.
Ağacəkmə aksiyasına Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi də dəstək verib.
Qeyd edək ki, ABB bankçılıq fəaliyyəti ilə yanaşı, bu cür faydalı sosial layihələri də mütəmadi davam etdirir. Ağdamda ağacəkmə aksiyası ABB-nin işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırdığı korporativ sosial məsuliyyət layihələrindən daha biridir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar