Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

PAŞA Holding-in dəstəyi ilə “Qırmızı ürəklər” fondu şəhid övladlarını təbrik etdi

Baxılıb: 648     Tarix: 29-12-2021 11:18   

Daim sosial məsuliyyət yönümlü fəaliyyəti ilə fərqlənən PAŞA Holding və Kapital Bank-ın nəzdində fəaliyyət göstərən Qırmızı Ürəklər fondu 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi “Onlar bizə əmanətdir” tədbirini keçirdi.

Tədbir çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16 yaşadək olan 1634 nəfər şəhid övladına bayram hədiyyələri təqdim edilib. Paytaxt Bakı ilə yanaşı ölkənin regionlarını da əhatə edən aksiyada “Qırmız Ürəklər”in, Kapital Bank-ın, PAŞA Holding-in, PAŞA Bank-ın, Fairmont

Hotelin və müxtəlif qrupların könüllüləri iştirak edib.  “Onlar bizə əmanətdir” tədbiri ötən ildə də, bayram ərəfəsində keçirilib.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə PAŞA Qrupa daxil olan Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar