Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda buğda ən çox bu rayonlarda yetişdirilir

Baxılıb: 771     Tarix: 03-01-2022 14:25   

Azərbaycanda 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1021987,6 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, səpin aparılmış sahənin 98,8 faizini və yaxud 1009451,2 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 601837,6 hektarı buğda, 407448,6 hektarı arpa, 165,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (56449,3 ha), Şəki (32318,6 ha), Şamaxı (29321,4 ha), Füzuli (29321,0 ha), İsmayıllı (22495,0 ha), Hacıqabul (21978,9 ha) və Ağcabədi (19654,7 ha) rayonlarında, ən çox arpa bitkisi Neftçala (34825,7 ha), Kürdəmir (32996,4 ha), Şəki (32964,4 ha), Biləsuvar (22568,1 ha), Ağsu (18921,0 ha), Goranboy (14450,0 ha) və Füzuli (12518,3 ha) rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,9 faiz, o cümlədən arpanın səpin sahəsi 9,3 faiz artıb, buğdanın səpin sahəsi 1,1 faiz azalıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Mostbet . Buy yes2win pbn google seo ranking
Redaktor seçimi
Çox oxunanlar