MTRŞ bu qədər vəsaiti büdcəyə qaytarıb
Baxılıb: 238 Tarix: 07-01-2022 13:29
Milli Televiziya və Radio Şurası dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 179.360,79 (bir yüz yetmiş doqquz min üç yüz altmış manat yetmiş doqquz qəpik) vəsaiti büdcəyə qaytarıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə qurumun 2021-ci il üzrə açıqladığı maliyyə hesabatında qeyd edilib. Hesabatda eyni zamanda bildirilir ki, Milli Televiziya və Radio Şurasına hesabat ilində illik plana əsasən dövlət büdcəsindən 1.659.538,50 (bir milyon altı yüz əlli doqquz min beş yüz otuz səkkiz manat əlli qəpik) vəsait ayrılıb. 2021-ci il ərzində büdcədən maliyyələşdirilmiş vəsait 1.480.177,71 (bir milyon dörd yüz səksən min yüz yetmiş yeddi manat yetmiş bir qəpik) vəsait təyinatı üzrə istifadə olunub.
Ölkə başçısının 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 4.000.000,00 (dörd milyon) manat vəsait ayrılmış və səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb.
Ən çox oxunanlar
Son xəbərlər