Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dünya bazarında "qara qızıl" cüzi bahalaşıb

Baxılıb: 609     Tarix: 17-01-2022 10:16   

Neftə olan tələbin qlobal artımı dünya bazarında "qara qızıl"ı cüzi bahalaşdırıb.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 8.50-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,05% bahalaşaraq, 1 bareli86,1 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə0,18% artaraq, 1 bareli 83,44 ABŞ dolları təşkil edib.
Analitiklər hesab edirlər ki, “Omikron” ştamının koronavirusun digər ştamları ilə müqayisədə zəif təsir bağışlaması dünyada neftə olan tələbin gözləniləndən artıq olması ilə nəticələnib. Ekspertlərin fikrincə, yüksək qlobal tələbə yalnız məhdudiyyətlərin gücləndirilməsi ilə səviyyələnən Çinin COVID-19 strategiyası mənfi təsir göstərə bilər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar