Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KOBİA-da 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirildi - Foto

Baxılıb: 150     Tarix: 24-01-2022 15:13   

Yanvarın 24-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2021-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.
Qanunvehedef.az xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən ötən il ərzində görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib. O, biznes mühitinin təkmilləşdirilməsi, KOB-ların iştirakı ilə keçirilmiş sorğular barədə məlumat verib.
Sədr qeyd edib ki, 2021-ci ildə Agentliyə 5 mindən çox vətəndaş müraciəti daxil olub ki, bu müraciətlərin 1264-ü KOB maraqlarının müdafiəsi ilə bağlı olub.
Məmmədovun sözlərinə görə, 2021-ci ilin aprel ayında Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb ki, bununla da KOB evlərinin sayı ikiyə çatıb (Xaçmaz və Yevlax şəhərlərində olmaqla).
Sahibkarlara vahid məkanda dövlət və zəruri biznes xidmətlərinin göstərildiyi KOB evləri tərəfindən ötən il sahibkarlara ümumilikdə 50 mindən çox “G2B” (dövlət-biznes) və 3 mindən çox “B2B” (biznes-biznes) xidmətlər göstərilib.


Hazırda Gəncə və Bakı şəhərlərində KOB evlərinin yaradılması istiqamətində işlər aparılır.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 09.08.2021-ci il tarixli Fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilib. Hazırda portalın fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.
2021-ci ildə Şirvan, Göyçay, Sabirabad, Salyan, İsmayıllı, Tərtər və Astara rayonlarında olmaqla 7 KOB dostu fəaliyyətə başlayıb. Hazırda KOB dostu şəbəkəsi ölkənin 27 şəhər və rayonunu əhatə edir.
Sahibkarların biznes sahəsində bilik və bacarıqlara çıxışının təmin edilməsi məqsədilə 2021-ci ildə 17 KOB İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətə başlayıb. Bununla da KOBİM-lərin sayı ölkə üzrə 21-ə çatdırılıb.
Həmçinin, 180 təlim videosundan ibarət onlayn təlim platforması (ödənişsiz) istifadəyə verilib ki, bugünədək 500-ə yaxın şəxs bu platformadan yararlanıb.
Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar