Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Duqin erməni KİV-ə: Bütün Qarabağ Azərbaycan ərazisidir

Baxılıb: 1 212     Tarix: 10-07-2018 15:29   

Ermənistandakı hökümətyönlü KİV-lərdən biri, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinlə müsahibə yayıb.
Qanunvehedef.az xəbər verir ki, Haqqin.az portalı erməni dilində yayımlanan həmin müsahibənin ən aktual hissələrini rus dilində dərc edib.
A.Duqin bu yaxınlarda Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğaldan azad etdiyi Cocuq Mərcanlıya səfəri ilə bağlı sualı da cavablandırıb:
“Hər şeydən əvvəl, siz bilməlisiniz ki, Rusiyanın fikrincə, təkcə Qarabağ ətrafındakı beş rayon deyil, həm də bütün Qarabağ Azərbaycanın ərazisidir. Bu beynəlxalq hüquqda da təsbit olunub. Və düşünürəm ki, mənim ölkəmin Azərbaycan torpağı kimi tanıdığı əraziyə baş çəkməyim təbiidir. İkincisi, bu Lələtəpənin şəhərətrafına səfər idi. Bunu heç cür hər hansı hərbi məqsədlərlə baş çəkmək adlandırmaq olmaz. Mənim əllərimdə silah yox idi və mən hərbi əməliyyatlarda iştirak etməmişəm. Sadəcə anlamaq istəyirdim ki, bu ərazidə nələr baş verir, onlar nə dərəcədə dağıdıcıdır, nə qədər təhlükəlidir və sonrakı hadisələr necə inkişaf edə bilər. Və təkrar edirəm: biz bu əraziləri Azərbaycan torpağı kimi tanıyırıq və istənilən Rusiya vətəndaşının orada olması tamamilə normaldır...”



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar