Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bu qurumun əməkdaşlarına pensiya təyinatı qaydası dəyişdi

Baxılıb: 238     Tarix: 17-02-2022 13:58   

Vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə uzun müddət xidmət vaxtına görə pensiya təyin ediləcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərara dəyişiklik edilib.
Qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidməti vəzifəyə təyin olunma günündən rəis və sıravi heyətinə mənsub şəxslərə uzun müddət xidmətə görə pensiya təyin ediləcək.шаблоны для dle 11.2