2 dəqiqəyə kredit almaq? - YeloBank-la mümkündür!
Baxılıb: 260 Tarix: 18-02-2022 09:42
Təcili pula ehtiyacınız var, lakin banka getməyə vaxtınız yoxdur? Adı “onlayn”, özü isə saatlarla, hətta bəzən gündən artıq çəkən rəsmiləşdirmə proseslərindən bezmisiniz? Yelo Bank təcili pula ehtiyac duyan hər kəsə tam onlayn kredit təklif edir. Bunun üçün Yelo Bank müştərisi olmaq da tələb olunmur. İstənilən şəxs yalnız Yelo App mobil tətbiqini yükləyərək tam onlayn kredit ala bilər.
Yelo App tətbiqi ilə sifariş edilmiş kreditin rəsmiləşdirilməsi avtomatlaşdırılmış skorinq xidməti sayəsində insan faktoru olmadan tam onlayn icra olunur. Bu da qərar vermə prosesini alışdığımızdan daha çevik, 2 dəqiqə ərzində etməyə imkan yaradır. Müştəri, hətta vəsaiti götürmək üçün belə banka gəlmir. Təsdiqlənmiş kredit vəsaiti Yelo kart varsa, kartın balansına yüklənir. Yelo kartı olmayanlara isə kredit vəsaiti kart şəklində ünvana tamamilə pulsuz çatdırılır. Çatdırılma zamanı üzərinizdə yalnız şəxsiyyət vəsiqənizin olmağı kifayətdir. Əlavə heç bir sənəd tələb olunmur.
Kreditin xüsusiyyətlərinə gəlincə isə, onlayn kredit zaminsizdir və illik cəmi 13%-lə təklif olunur. 20000 AZN-dək kredit üzrə maksimal müddət 48 aydır. Yelo App tətbiqində kredit sifarişi etməklə yanaşı, krediti onlayn ödəmə funksionallığı da mövcuddur.
Elə indi sifariş edin və parlaq bankçılıqdan tam zövq alın: https://bit.ly/ylhdf
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər