Xəbər lenti
05/08/2025 [11:34]
İranda zəlzələ oldu
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq əlaqələri genişlənir - Fotolar

Baxılıb: 243     Tarix: 22-02-2022 11:07   

Fevralın 21-də “Azərbaycan Dəmir Yolları” QSC-də Udmurtiya rəhbərinin Rusiya Prezidenti yanında Daimi Nümayəndəsi - Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Qanunvehedef.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin polad magistralında görülən işlərdən danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şücaətli ordumuzun əldə etdiyi böyük zəfərdən sonra işğaldan azad olunan ərazilərdə aparılan irimiqyaslı quruculuq-bərpa işləri barədə qonaqlara məlumat verib. Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu layihələrinin gedişatından söhbət açıb. Sədr son illərdə dəmir yolu sahəsində, xüsusilə lokomotiv parkının yenilənməsi və genişləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.
Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiç respublikasının iqtisadi-ticari potensialı, ixrac və investisiya imkanları ilə bağlı məlumatları bölüşüb.  Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağında etibarlı körpü rolu oynadığını vurğulayan qonaq ölkəmizlə dəmir yolu sahəsində mövcud əməkdaşlığı genişləndirməyə maraqlı olduqlarını qeyd edib.
Sonra nümayəndə heyətinin tərkibində təmsil olunan şirkətlərin təqdimatı olub.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq şirkətlərlə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.



шаблоны для dle 11.2