Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Enerji resurslarının bahalaşması ərzaqların qiymətinə necə təsir edəcək?

Baxılıb: 188     Tarix: 25-02-2022 11:35   

 Avropada qazın, neftin bahalaşması, eyni zamanda Azərbaycan neftinin bahalaşması ümumilikdə Azərbaycan iqtisadiyyatına, bahalaşmaqda davam edən ərzaq məhsullarının qiymətinə necə təsir edəcək?
İqtisadçı-ekspert Xalid Kərimli Qanunvehedef.az-a verdiyi açıqlamasında bildirib ki, enerji resurslarının bahalaşmasının Azərbaycana birbaşa müsbət təsiri var.
"Neft və qazın bahalaşmasının əslində Azərbaycana xeyri var. Çünki biz qeyd olunan bu iki əmtəənin ixracatçısıyıq. Neftin proqnozlaşdırılan hər 5 dollar qiymətinin büdcə qiymətindən yuxarı olması il ərzində 5 dollar yuxarı olması icmal büdcəyə 1.5 milyard manat xeyir deməkdir. iki aydır ki, neftin qiyməti 90 dollar üzərindədir. Bir dəfə deyil, il ərzində olan artım Azərbaycana xeyirdir.
Azərbaycan qaz ixracını artırıb. Ümumiyyətlə, Azərbaycan bu il Avropaya 10 milyard kub metr qaz ixracı planlaşdırır. Eyni zamanda, enerji resurslarının bahalaşması inflyasiyanın artması deməkdir. Sonradan bu, dolayısı ilə qiymət artımı şəklində, idxal olunan malların bahalaşması şəklində ölkə ərazisinə gəlir. Amma, istənilən halda, bu, birbaşa bizə xeyirlidir.
Rusiya rublunun düşməsinin isə bizə ziyanı var. Belə ki, 1 Azərbaycan manatı üzərində təzyiq artır. Rusiya Azərbaycanın əsas ticarət partnyorlarından biridir. Qeyri-neft sektorunda ən çox ixracı Rusiyaya edirik. Rus rublunun dəyərdən düşməsi bizim ixracımızı bahalaşdırır və rus alıcısısnın bizim məhsulları almaq imkanını məhdudlaşdırır. Eyni zamanda da Rusiyada çoxlu azərbaycanlı çalışır və Azərbaycana pul göndərir. Rublun aşağı düşməsi onları kasıbladır, nəticədə onlar Azərbaycana daha az vəsait göndərəcəklər. Bununla paralel rus rublunun ucuzlaşması rus aktivlərinin ucuzlaşmasına gətirib çıxarır. Beləliklə, orada yaşayan həmvətənlərimiz investisiyanı Azerbaycana qoymaq əvəzinə, buradakı pulları da Rusiyaya aparacaqlar. Bu isə Azerbaycandan kapital axınına, eyni zamanda manatın üzərində təzyiqin artmasına səbəb ola bilər. Neftin qiymətinin bahalaşmasının ərzaq qiymətinə təsiri yalnız ölkəmizə deyil, qlobal miqyasda olacaq.
Enerji resurslarının bahalaşması ilə ilin ikinci yarısında ərzaq məhsullarının qiymətinin azalmasını gözləyirdik. Amma görünən odur ki, Rusiya-Ukrayna müharibəsi, Rusiyaya tətbiq olunan sanksiyalar həm ərzaqların qiymətini bahalaşdırmaqda davam edəcək, həm də enerji resurslarının qiymətinin yüksək qalmasını təmin edəcək".
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar