Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Süfrəyə 15-16 növ ərzaq qoyulur, sadəcə israfçılıqdır”

Baxılıb: 272     Tarix: 15-03-2022 11:39   

“Demək olar, bütün sahələrdə israfçılıq var. İsrafçılığın qarşısının alınması üçün hökumət tərəfindən tədbirlər planının hazırlanmasına ehtiyac var”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.
T. Rzayev bildirib ki, toylarda süfrəyə 15-16 növ ərzaq məhsulu qoyulur: “Təbii ki, bunun hamısını yeyə bilmərik. Bu, sadəcə israfçılıqdır. Ümumiyyətlə, digər sahələrdə də belə israfçılığa yol veririk. Hazırda isə dünyanı ən çox narahat edən problemlərdən biri ərzaq təhlükəsizliyidir. Ərzaq qıtlığı artıq bir çox ölkələrdə yaşanır. Ona görə də hökuməti israfçılığın qarşısını almaqla bağlı addımlar atmağa çağırıram”.



{sape_links}{sape_article}