Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Air Cairo Bakıya yeni uçuşların açılmasını elan edib

Baxılıb: 448     Tarix: 17-03-2022 11:05   

Air Cairo (https://aircairo.com/) 2022-ci ilin yazından etibarən paytaxtımız Bakı şəhərinə bir başa uçuşlar təşkil etməyə hazırlaşır.
Air Cairo 1999-cu ildə aşağı-büdcəli (loukoster) hava yolu kimi yaradılıb. Şirkət, qismən Misirin milli daşıyıcısı sayılan Egypt Air (60%) məxsusdur. Egypt Air, 1932-ci ildə yaradılmış və dünyanın ilk yeddinci hava yolu sayılan Star Alliance-ın üzvüdür.
Air Cairo, 30-dan çox ölkəyə uçuşlar təklif edir. Air Cairo-ya məxsus donanma 10 Airbus A320neo/ceo təyyarəsindən ibarətdir və 2012-ci ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
Birinci Şarm-əl Şeyx – Bakı birbaşa uçuşu 18 mart 2022-ci il tarixinə planlaşdırılıb. Uçuşlar mütəmadə olaraq həftədə 1 dəfə, cümə günlərində həyata keçiriləcək.
Uçuş cədvəli həm Şarm-əl-Şeyxə səyahət edənlər, həm də orada növbəti uçuşunu gözləyənlər üçün mümkün qədər rahat olacaq şəkildə düşünülüb. Xidmətdə olan təyyarə növü 180 nəfərlik Airbus A20neo-dur, bütün siniflər ekonomdur.
“Air Cairo hər zaman insanlar arasında əlaqə və birlik yaratmaqda qabaqcıldır. Qeyd edək ki, bu uçuşlar, Azərbaycan və Misir arasında olan ilk və yeganə bir-başa reyslərdir. Əminik ki, 2023-cü ilin yayına qədər həftəlik uçuşları üç dəfəyə artıracağıq” – Air Cairo-nun sədri və baş direktoru Hüseyn Şerif bəyan etmişdir. “İndi misirlilər və azərbaycanlılar hər iki ölkənin gözəlliklərinin şahidi olmağa və iki dövlət arasında turist mübadiləsi aparmağa tam hazırdırlar”.
Şarm-əl-Şeyx hava limanına gələn turistlər vizanı yerindəcə ala bilir, bu isə rahatlığını düşünən hər kəs üçün, əsasən də ailəvi səyahətə gedənlər üçün bu istiqaməti daha da cəlbedici edir. Aktiv istirahəti və təbiəti sevənlər üçün bura ideal məkandır – Qırmızı dənizin sualtı mənzərələri, fauna müxtəlifliyi, koral rifləri hər kəsi heyran edə biləcək.
Təklif olunan Misir turpaketinə uçuş bileti, “Hər Şey Daxil” sistemi əsasında hoteldə 7 gecə qonaqlanma, hava limanı transferləri və səhayət sığortası daxildir. Tur paketin qiyməti bir nəfər üçün 799 $ təşkil edəcəyi nəzərdə tutulub.
Azərbaycanda Air Cairo-nun rəsmi nümayəndəsi 2003-cü ildən bəri həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqlar üçün səyahət və işgüzar səfərlər təşkil edən PAŞA Travel şirkəti olacaq. PAŞA Travel ölkənin ən böyük holdinqlərindən biri, nəznində daima böyüyüb inkişaf edən şirkətlərdən ibarət olan PAŞA Holdinq-in bir hissəsidir. Yerli və beynəlxalq əlaqələri sayəsində, PAŞA Travel müştərilərinə və partnyorlarına ən uyğun məhsullar və xidmətlər təklif edir.
Şirkətin Baş İcraçı Direktoru, cənab Çingiz Mürsəlov qeyd edib ki, “Şarm Əl-Şeyx azərbaycanlı səyahətçilər arasında yüksək nüfuza malik bir istirahət yeridir və biz PAŞA Travel komandası olaraq bu istiqaməti Azərbaycan səyahətçilərinə əl-çatan etməyə çox məmnunuq”.
Ətraflı məlumat almaq üçün aşağıdakı ünvan və nömrələrə müraciət edə bilərsiniz:
AIR CAIRO
Ahmed Nadeem, Marketing Manager
+202 26955500
PAŞA TRAVEL
Media ilə bağlı suallar üçün:
 
Əzizə Seyidova
İctimai əlaqələr üzrə director
+994 12 404 10 90
[email protected]
 
Həmkarlıq təklifləri üçün:
 
Seyidxanım Eminli,
B2B satışlar üzrə direktor
+994 12 404 10 90
[email protected]

Qanunvehedef.az
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər