Xəbər lenti
05/08/2025 [11:34]
İranda zəlzələ oldu
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakıda bu mənzillərin qiyməti 3 aydır ki, ucuzlaşır (SƏBƏB)

Baxılıb: 326     Tarix: 20-03-2022 12:37   

Bakıda təkrar mənzil bazarında qiymətlər ucuzlaşmaqda davam edir.
"MBA Consulting Group" Şirkətindən Qaynarinfo-ya verilən məlumata görə, fevral ayında təkrar mənzil bazarında qiymətlər 2,29 faiz ucuzlaşıb.
Şirkətin direktoru Nüsrət İbrahimov bildirib ki, köhnə binalarda mənzillərə maraq getdikcə azalmaqdadır.
Köhnə binalarda mənzillərin satışı problemə çevrilib. Ona görə də köhnə binalarda mənzillərin qiyməti üç aydır ki, ardıcıl olaraq ucuzlaşır. Qiymət ucuzlaşmasının nə zaman dayanacağını zaman göstərəcək.
Artıq 70-ci illərə qədər tikilən mənzillərə ipoteka krediti də vermirlər. Vaxt var idi ki, "stalinka"lar ən bahalı mənzillər idi, bu gün isə həmin evlər satılmır və ya çox çətinliklə satılır. Bazara gələnlər ancaq yeni tikilən binalarda evlər axtarırlar. Ona görə də köhnə mənzillərə maraq azalır və buna müvafiq olaraq da qiymətlər ucuzlaşır", – deyə N.İbrahimov əlavə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2