Kapital Bank Gəncədə 4-cü filialını istifadəyə verdi
Baxılıb: 579 Tarix: 28-03-2022 12:02
Kapital Bank müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bank müştərilərə göstərilən xidmətlərin daha əlçatan olması üçün filial şəbəkəsinin genişləndirilməsi istiqamətində Gəncə şəhərində yeni filialını açdı. Bu, Kapital Bank-ın Gəncə şəhərində müştərilərin istifadəsinə verdiyi sayca artıq 4-cü filialıdır.
Yeni Qərb filialı, 2 saylı Gəncə ASAN xidmət mərkəzi daxilində - Gəncə şəhəri, Gəncə-Şəmkir şosesi ünvanında fəaliyyət göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər