Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Kontakt” autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başladıb - Fotolar

Baxılıb: 518     Tarix: 19-04-2022 09:45   

"Kontakt" mağazalar şəbəkəsi autizmli şəxslərin inkişafına dəstək olmaq məqsədilə Ukrayna Dairəsi mağazasında təqdirəlayiq xeyriyyə yarmarkası və tədbir proqramı təşkil edib.  


Yaxın günlərdə açılışı baş tutan yarmarkada autizmli şəxslərin və onların valideynləri tərəfindən hazırlanmış bir-birindən fərqli, rəngarəng əl işləri və rəsm əsərləri zövqlə sərgilənərək ziyarətçilərin böyük marağına səbəb olub.


 Autizmli şəxslərdən ibarət “Mavi ürəklər” xorunun istedadlı musiqili çıxışları isə öz növbəsində tədbirin axarına xüsusi rəng qatıb.


 "Birgə və Sağlam" İctimai Birliyinin dəstəyi ilə baş tutan gecədə "Kontakt" ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova və "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova söz alaraq layihənin cəmiyyət üçün önəminə diqqət çəkiblər. Həmçinin, autizmli şəxslərin cəmiyyətə adaptasiya olmasını dəstəkləmək üçün bu kimi layihələrin nə qədər önəmli olduğunu vurğulayıblar.


Tədbirin davamında günün anlam və önəmini əks etdirən “puzzle” parçaları birləşdirilib. Eyni zamanda “Kontakt” mağazalar şəbəkəsinin Autizm Günü ərəfəsində ictimaiyyətə təqdim etdiyi sosial videoçarx izlənilib.


Siz də aprel ayının sonunadək Ukrayna Dairəsində yerləşən “Kontakt” mağazasına gəlib yarmarka məhsullarını əldə edə və bu xeyriyyə aksiyasına öz qatqınızı göstərə bilərsiniz.
Qeyd edək ki, şəbəkənin bütün mağazalarında xüsusi ianə qutuları da yerləşdirilib. Sizə yaxın istənilən “Kontakt” mağazasına yaxınlaşıb ianə dəstəyinizi göstərə Autizm üçün fərqindəlik yarada bilərsiniz.  Bu qutulara toplanan ianələr hər ay “Birgə və Sağlam” İctimai Birliyi nəzdindəki “Autizm Bərpa Mərkəzi”nin balansına köçürüləcək. Məhz aprel ayında yığılacaq toplam ianə məbləğini “Kontakt” iki qat artırmağı öz öhdəliyinə götürür. 
Misal üçün, əgər aprel ayında ümumilikdə 5000 manat ianə toplanacaqsa, “Kontakt” Autizm Mərkəzinə 10 000 manat köçürəcək.
Həmçinin oxuyun: “Kontakt”dan Autizm Gününə möhtəşəm videoçarx və dəstək aksiyası - VİDEO
Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar