Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər -2022” proqramını bitirdi

Baxılıb: 588     Tarix: 17-05-2022 11:01   

Artıq 7 ildir ki, Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade) tərəfindən “BAFT Future Leaders Program” (BAFT Gələcək Liderlər Proqramı) layihəsi həyata keçirilir. Assosiasiyanın builki proqramına qatılan Kapital Bank-ın texnoloji həllər ofisinin rəhbəri Fərid Səmədov proqramı uğurla başa çatdırıb.
“Gələcək Liderlər – 2022” proqramının bitməsi ilə əlaqədar ABŞ-nin Vaşinqton şəhərində keçirilən İllik Toplantı zamanı Fərid Səmədov da daxil olmaqla proqramın bütün məzunlarına xüsusi mükafatlar təqdim olunub. “Gələcək Liderlər” proqramında dünyanın 22 ölkəsindən ümumilikdə 35 iştirakçı məzun adını qazanıb.
“Gələcək Liderlər” proqramının məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir. BAFT dünyanın 60 ölkəsində 280 maliyyə institutu və qeyri-bank təşkilatları ilə əməkdaşlıq edir ki, bu da seçimlər zamanı coğrafi müxtəlifliyi nəzərə almağa və proqrama fərqli təcrübəyə sahib peşəkarların cəlb edilməsinə imkan verir.
Qeyd edək ki, Kapital Bank 1–4 may 2022-ci il tarixlərində BAFT-ın Qlobal İllik Toplantısında da iştirak etmişdi. Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasının (American Bankers Association) üzvüdür və MDB dövlətləri arasında assosiasiyada təmsil olunan yeganə maliyyə qurumudur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar