Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABB regionlarda rəqəmsal biznes təlimlərinə başladı

Baxılıb: 493     Tarix: 17-05-2022 11:43   

ABB regionlarda fəaliyyət göstərən və Sahibkarlar Klubuna üzv olan iş adamları üçün təlimlərə başlayıb. 13-14 may tarixlərində Şəkidə keçirilən təlimlərə KOBİA və ABB Tech Akademiyası da dəstək verib. Tədbirə Şəki – Zaqatala iqtisadi rayonundan olan 40-a yaxın iştirakçı qatılıb. Burada onlara elektron ticarət haqqında məlumat verilib. Müxtəlif kanallarla onlayn satışın yolları öyrədilib. Rəqəmsal biznes, PR və s. bu kimi gərəkli fəaliyyətlər haqqında təqdimatlar olub. İştirakçılar bu istamətlərdə bilik və bacarıqlarını artırmaqla yanaşı, yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanıblar. “Sahibkarlar Klubu” təlimlərinin silsiləvi şəkildə digər iqtisadi zonalarda da təşkili planlaşdırılır.
ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib: “Kiçik və orta sahibkarlarla tərəfdaşlıq ABB üçün prioritetdir. Biznes layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, biz onlara başqa sahələrdə də dəstək olmağa çalışırıq. Biznesdə rəqəmsal imkanlardan istifadə ilə bağlı təlimlərimiz, ümid edirik ki, fayda verəcək”.
Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar