Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Muğanbank daha 13 aztəminatlı şəxsə yardım göstərib

Baxılıb: 494     Tarix: 19-05-2022 11:44   

Prezident İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna "Muğanbank" ASC də qoşulub.
Uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq Muğanbank sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrinə, qazilərə və müharibə iştirakçılarına əvəzsiz olaraq vəsaitlərin və avadanlıqların verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Dəstək almış 13 vətəndaş sırasında oyun salonu, avtoelektrik, çatdırılma xidməti, musiqiçi və digər fəaliyyət istiqamətləri ilə məşğul olan sahibkarlar yer alıb. Bununla da, "Muğanbank" ASC tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılıb.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar