Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Kontakt”ın dəstəyi ilə “Birinci Beynəlxalq Baku Piano Festivalı” başlayır

Baxılıb: 475     Tarix: 19-05-2022 14:30   

“Kontakt” mağazalar şəbəkəsinin dəstəyi ilə paytaxtımızda ilk dəfə keçiriləcək “Birinci Bakı Beynəlxalq Piano Festivalı” sabah başlayır. Mayın 27-dək davam edəcək musiqi bayramının təşkilatçısı Mədəniyyət Nazirliyi, təsisçi və direktoru isə Azərbaycanın əməkdar artisti Şahin Növrəslidir. 
Festival çərçivəsində caz, flamenko, tanqo, muğam, klassik və digər müasir musiqi janrlarının səsləndirildiyi 15 heyrətamiz konsert keçirilməsi gözlənilir.
Azərbaycanın əməkdar artisti Şahin Növrəsli,  Remi Geniet, Pablo Matias Bekerra, “Los Aurora Flamenco Group”, Vikram Ruzaxunov, Güvenç Dağüstün, Vadim Abramof da daxil olmaqla bir çox görkəmli musiqiçilər və musiqi qrupları öz ifaları ilə tamaşaçıları ecazkar harmoniyaya bürüyəcək.
Siz də füsunkar musiqi sədalarından həzz almaq üçün şəhərin kassalarına müraciət edərək bilet əldə edə bilərsiniz. Ətraflı məlumatı buradan əldə etməyiniz mümkündür. “Kontakt”ın sosial şəbəkə hesablarının izləyiciləri müsabiqələrdə iştirak edərək festivala bilet əldə edə bilər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar