Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rusiya neft hasilatını azalda bilər

Baxılıb: 542     Tarix: 30-05-2022 11:05   

Rusiya neft hasilatını 20-30 %, başqa sözlə, gündə 7-8 milyon barrelə qədər azaltmalıdır.
Qanunvehedef.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu təklifi “Lukoil” neft şirkətinin həmsahibi və vitse-prezidenti Leonid Fedun irəli sürüb.
"Rusiya nəyə görə gündə 10 milyon barel neft hasil etməlidir? Əgər biz 7-8 milyon barel i səmərəli şəkildə istehlak edib dövlət büdcəsinə, daxili istehlaka və idxala zərər vermədən ixrac edə biliriksə".  
L.Fedun əmindir ki, xam neftin 10 milyon barelini 50 ABŞ dollara yox, 7 milyon barelini 80 ABŞ dollara satmaq daha sərfəlidir:
“30 %, hətta bəzən 40 % endirimlərə razılaşaraq, böhrandan əvvəlki ixracatı saxlamağa çalışmalıyıqmı?"
Onun fikrincə, Rusiya neftinə qoyulan embarqo məsələsi altında alıcılar tariflərin tənzimlənməsi alətlərindən istifadə edərək bu endirimləri “institusionallaşdırmağa” çalışacaqlar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}