Aİ Rusiya neftinə embarqo barədə razılığa gəldi

Baxılıb: 803     Tarix: 31-05-2022 09:49   

Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel açıqlayıb.
Onun sözlərinə görə, bu, Rusiyadan neft idxalına qadağa qoymağa imkan verəcək: “İndiki mərhələdə sanksiyalar Rusiyadan neft idxalının 75%-nə şamil olunacaq. İlin sonuna qədər isə qadağa Avropaya idxal edilən Rusiya neftinin 90%-nə qoyulacaq”.
Bununla yanaşı, sözügedən altıncı paketə Rusiyanın “Sberbank” bankının “SWIFT”dən ayrılması da daxildir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar