Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“İndi Bakı-Quba yolundakı milyonlar heç nə olmamış kimi dağıdılır...”

Baxılıb: 492     Tarix: 02-06-2022 13:24   

““Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsində Azərbaycan tərəfinin payı (182 km hissə) maliyyələşdirillməsinə 2005-2010-cu illərdə 625,7 milyon manat xərclənib”. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev öz feysbuk hesabında yazıb.
O qeyd edib ki, tikintisinə milyonlarla manat vəsait xərclənən yol cəmi bir neçə ilə dağılaraq sıradan çıxıb: “Bundan başqa, 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə (məsələn, yol qovşaqlarının, körpülərin tikintisi) yönəldilib. Ümumilikdə 641 milyon manata yaxın vəsait edir. Bunlar hələ Azərbaycanın ödədiyi puldur. Layihə səhv etmirəmsə, Dünya Bankının Azərbaycan hökuməti ilə birgə layihəsidir. İndi bu yol dağıdılıb. Çünki bir neçə il idi sürücülər zülm çəkirdilər. Yol yararsız hala düşmüşdü. İndi həmin milyonlar heç nə olmamış kimi dağıdılır və növbət milyonlar hesabına yenidən qurulur”.
Qeyd edək ki, sözügedən yolun çəkilməsi sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə həyata keçirilib. İcraçı isə “Akkord” şirkəti olub. O vaxt Nəqliyyat Nazirliyinin rəhbərliyi bu yolun 30 il davamlı olacağını açıqlasa da, cəmi bir neçə ildən sonra yol sıradan çıxıb.

    шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar