Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Özbəkistan gömrükçülərinə Bakı Baş Gömrük İdarəsinin fəaliyyəti barədə məlumat verildi

Baxılıb: 623     Tarix: 02-06-2022 15:42   

Özbəkistan gömrük xidməti nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
Qanunvehedef.az xəbər verir ki, nümayəndə heyətinə Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Akmalxuja Mavlonov rəhbərlik edir.
İyunun 2-də qonaqlar Bakı Baş Gömrük İdarəsinə baş çəkib və bu qurumun iş prinsipi, rəsmiləşdirmə proseduru ilə tanış olublar.
Qonaqlara məlumat verilərək bildirilib ki, Bakı Baş Gömrük İdarəsində gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi üçün lazımi şərait yaradılıb. Binada “Hədəf” Mərkəzi də fəaliyyət göstərir.
Qeyd edilib ki, xarici ticarət əməliyyatlarının bir çox hissəsi Bakı Baş Gömrük İdarəsində həyata keçirilir. Bütün əməliyyatlar informasiya texnologiyalarının tətbiqi ilə aparılır. Sahibkarların elektron qaydada təqdim etdikləri bəyannamələr xüsusi proqram təminatının köməyilə qısa zaman kəsiyində və tam şəffaf şəkildə emal edilir. Yüklərin eyniləşdirilməsi və gömrük nəzarətinin digər zəruri mərhələləri ən müasir texnologiyalardan istifadə olunmaqla həyata keçirilir.
Diqqətə çatdırılıb ki, gömrük sistemində son illər aparılan islahatlar vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə, vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradıb.



 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar