27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi dünyaya enerji potensialımızı bir daha göstərdi
Baxılıb: 498 Tarix: 03-06-2022 10:52
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir.
Bu gün Ulu Öndər Heydər Əliyevin sağlam və güclü təməl üzərində, eyni zamanda daha uzaq və çoxşaxəli hədəflərə istiqamətlənmiş, geniş siyasətinin nəticəsidir ki, Prezident İlham Əliyev yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir.
Respublikamızın zəngin neft-qaz yataqlarına malik olması hər zaman ölkəmizi dünya miqyasında diqqət mərkəzində olan ölkələr sırasına daxil olmasına səbəb olmuşdur. Bakı Ekspo Mərkəzində İyunun 1-də Azərbaycanın paytaxtında üç əsas tədbiri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgilərini və Bakı Enerji Forumunda Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmişdir.
Dövlət başçımız sərgidəki çıxışında qeyd etmişdir ki, "Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb" deyə bildirmişdir.
Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng "Şahdəniz" qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Artəq bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bizim qaz potensialımız yalnız "Şahdəniz"lə məhdudlaşmır. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır - deyə vurğulamışdır.
Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləmişdir. Sərgidə Almaniya, Rumıniya, Rusiya Milli pavilyonlar iştirak edirlər. Bu ilin yenilikləri arasında: bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma Memorandumları, yaşıl hidrogen və ixrac məsələləri və şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirilib.
Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər